ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Qəzza zolağında atəşkəsə nail olmaq üçün Misir paytaxtı Qahirədə keçiriləcək danışıqlar prosesində iştirak edəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Qeyd edək ki, HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Misir Baş Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamel ilə telefon danışığı zamanı bildirib ki, HƏMAS nümayəndə heyəti Qəzzada atəşkəsin yaradılması ilə bağlı təmasları davam etdirmək üçün tezliklə Qahirəyə qayıdacaq.