Miyatoviç azərbaycanlı əsirlərdən danışdı: “Bu vəhşilikdir!”

Miyatoviç azərbaycanlı əsirlərdən danışdı: “Bu vəhşilikdir!”

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç işgəncələrə məruz qalmış azərbaycanlı əsgərin fotosunun sosial şəbəkələrdə yayılmasını vəhşilik adlandırıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, bu fikirləri Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Avropa Şurasının yaz sessiyası zamanı söyləyib.

“İşgəncələrə məruz qalmış azərbaycanlı əsgərin fotosunun sosial şəbəkələrdə yaymaq vəhşilikdir”, – o qeyd edib.

Komissar azərbaycanlıların yalnız son müharibə zamanı deyil, bundan əvvəlki dövrlərdə də işgəncələrə məruz qaldığını xatırladıb.

“Azərbaycanlı əsgərin adının çəkilərək işgəncələrə məruz qalmış şəkildə sosial şəbəkələrdə şəklini yaymaq onun və ailəsinin ləyaqətini alçaltmaqdır” – o vurğulayıb.

Teqlər: