Mixeyev od püskürdü: Bu Qərb liderləri vurulsun!

Mixeyev od püskürdü: Bu Qərb liderləri vurulsun!

Ukraynaya səfərlər edən, orada rahat-rahat gəzən Qərb liderləri vurulmaq qorxusu içində olmalıdır. Onlar belə rahat Kiyevə və Ukraynanın digər şəhərlərinə səfər edə bilməməlidilər.

AzerTimes xəbər verir ki, bu barədə “Vladimir Solovyovla axşam” proqramının efirində rusiyalı politoloq Sergey Mixeyev bildirib.

“Onları vurmaq lazımdır. Bu liderlərin Kiyev küçələrində belə rahat gəzmələri Rusiyanın zəif olmasını ukraynalılara açıq şəkildə sübüt etmək deməkdir. Yəni bu, konkret olaraq, “Ukrayna xalqı, narahat olmayın, biz sizin yanınızdayıq, qorxmağa lüzum yoxdur” mesajıdır. Biz buna imkan verməməliyik”, – deyə o qeyd edib.

Xatırladaq ki, cümə axşamı Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukraynaya səfər edib və bu ölkənin Prezidenti Zelenski ilə Kiyev küçələrində gəzib.

Teqlər: