Rusiya ümid edir ki, Avropa və ABŞ qiymətlərin yüksəlməsi fonunda zəifləyəcək və onlar Moskvaya təzyiq göstərmək fikrindən daşınacaqlar. Artıq bunun bir illüziya, mif olduğunu başa düşməlisiniz.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Mixeyev “Vladimir Solovyovla axşam” verilişinin efirində deyib.
“Qərb heç vaxt fikrini dəyişməyəcək. Burada köhnə və mehriban Avropanı axtarmağa ehtiyac yoxdur. Gəlin, başa düşək ki, Qərb bu məsələdə kifayət qədər qərarlıdır və əslində bizə heç bir güzəştə getməyi planlaşdırmır. Sadəcə biz artıq anlamalıyıq ki, belə bir şey baş verməyəcək. Ona görə də bu müharibədə kim daha dözümlü olacaqsa, o da qalib olacaq. Rusiyaya heç bir güzəşt edilməyəcək. Rusiyanın Avropada və ABŞ-da qiymətlərin artacağına və Moskvaya təzyiq etmək fikrindən daşınacağına dair bütün ümidləri illüziyadır”, – deyə o bildirib.