Əgər Rusiya xalqının səfərbərlik qərarından öncə Kremldən hesab sormaq hüququ az idisə, indi, insanların əzizləri müharibəyə çağırılandan sonra vəziyyət köklü dəyişib. İnsanlarımız suallarına cavab axtarır!
AzerTimes xəbər verir ki, bu barədə “Vladimir Solovyovla axşam” proqramının efirində rusiyalı politoloq Sergey Mixeyev bildirib.
“Rusiya bilinməyən səbəblərə görə özünü döyüş meydanında qeyri-adekvat aparır. Gah vurur, gah vurmur. Gah ümumiyyərlə geri çəkilir, gah da kəskin, amma bir anlıq hücuma keçir. Aydındır, bu gün (dünən – red.) Ukraynanın vacıb şəhərlərindəki obyektlər vuruldu. Amma görərsiz, sabah artıq bu davam etməyəcək. Bu səbəbdən də insanlarımızda məntiqi sual yaranır: Bəlkə bu bir siyasi oyundur? Kimlərsə canından keçəcək, Kremldə isə kimsə oyun oynayacaq? Bu xalqa qarşı haqsızlıqdır! Putin dedi ki, Ukraynanın şəhərlərin vurduq, təxribatlar təkrarlansa, yenə vuracağıq. Necə yəni? Belə eləsəniz yenə vuracağıq? Bu müharibədir, yoxsa oyun? Cavab verməli olacaqsız!” – deyə o sərt şəkildə deyib.