Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan Mixeil Saakaşvilinin həbs edilməsi istiqamətində əməliyyat həyata keçirib.
Trend xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili hökumət administrasiyasında keçirdiyi brifinqdə deyib.
Baş nazir qeyd edib ki, hüquq-mühafizə orqanları onun Ukraynadan Gürcüstana hərəkəti barədə öncədən məlumatlı olub.