Mixaylovdan şok: Sülh müqaviləsi olmayacaq!

Mixaylovdan şok: Sülh müqaviləsi olmayacaq!

Cənubi Qafqazda vəziyyət gözlənilməz və çox təhlükəli olacaq.

AzerTimes xəbər verir ki, bunu “Moskva-Bakı”ya müsahibəsində rusiyalı ekspert Yevgeni Mixaylov deyib.

“Bu hər şeyə təsir edəcək. Qərb regionda aqressiv antirusiya vektoru aşılayacaq. O, Rusiya ilə Azərbaycanı bir-birinə qarşı qoymaqda davam edəcək. Bundan əlavə, inanmıram ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlansın. Çünki Qərb bu məsələdə manipulyasiya etməyə, bir növ Ermənistanın maraqlarını qorumağa çalışır. Sülh müqaviləsi olmasa, Qərb Ermənistana silah tədarükünü artıracaq. Və yeni hərbi əməliyyatların baş verməsi mümkündür. Yaxın Şərqdə, İsraillə Fələstin arasında, İsraillə İran arasında uzun müddət – keçən ilin payızından bəri hadisələrin necə cərəyan etdiyini və son günlərdə vəziyyətin yenidən son dərəcə təhlükəli tendensiyalar aldığını nəzərə alsaq, istənilən vaxt Cənubi Qafqaz və Xəzər regionunun qovşağı alovlana bilər”, – o bildirib.

Teqlər: