Mixail Saakaşviliyə 17 diaqnoz qoyuldu

Mixail Saakaşviliyə 17 diaqnoz qoyuldu

Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşviliyə həkimlər 17 fərqli diaqnoz qoyublar.

AzerTimes xəbər verir ki, bu barədə sabiq dövlət rəhbərinin qardaşı Georgi Saakaşvili deyib.

O bildirib ki, Saakaşvili daha 11 kq arıqlayıb:

“O, çox zəifdir. Məlum oldu ki, son iki-üç gündə ona daha üç diaqnoz qoyulub, ona görə də onun Gürcüstanda yaxşılaşmayacağı bəllidir. Biz vəziyyəti öyrənmək üçün xarici mütəxəssislərin gəlməsini gözləyirik və onun xarici klinikaya daşınmasını tez bir zamanda təşkil etmək istəyirik”.

Teqlər: