SSRİ-nin keçmiş rəhbəri Mixail Qorbaçov 92 yaşında ölüb.
AzerTimes xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Mərkəzi Klinika Xəstəxanası bildirib ki, Mixail Qorbaçov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
SSRİ-nin keçmiş rəhbri Mixail Qorbaçov SSRİ konstitusiyasının 119-cu və Azərbaycan konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq fövqəladə vəziyyətin tətbiq edilməsi və hərbçilərin Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman vermişdi. O, Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı idi.