Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) PKK/KCK terror təşkilatlarına qarşı növbəti antiterror əməliyyatı keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, MİT-in İraqın şimalındakı Duhok/Qara bölgəsində keçirdiyi əməliyyatla PKK/KCK terrorçularına təlim verən Ümid Tarhan zərərsizləşdirilib.