Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Suriyanın şimalındakı “Fərat qalxanı” əməliyyat bölgəsində İŞİD-ə qarşı əməliyyat keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Əməliyyatlar çərçivəsində 11 İŞİD üzvü saxlanılıb. Bundan başqa, terrorçulara aid çox sayda partlayıcı, silah-sursat ələ keçirilib.