MİT “Rojda” kod adlı terrorçunu Türkiyəyə gətirdi

MİT “Rojda” kod adlı terrorçunu Türkiyəyə gətirdi

PKK/YPG terror təşkilatının sui-qəsdçisi kimi müxtəlif aksiyalarda iştirakı təsbit edilən “Rojda” kod adlı Dilbirin Kaçar Milli İstehbarat Təşkilatının (MİT) Suriyadakı əməliyyatı ilə yaxalanaraq, Türkiyəyə gətirilib.

AzerTimes xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Bildirilir ki, 2015-ci ildə Siirtə gedən terrorçu bir ilə yaxın Cudi və Qabar bölgələrində fəaliyyət göstərdikdən sonra 2016-cı ildə Suriyaya göndərilib.

İraqın Sincar rayonunda sui-qəsdçi təlimi alan terrorçu 2018-ci ilin yanvar ayında keçirilən “Zeytun budağı” və 2019-cu ilin oktyabrında “Sülh çeşməsi” əməliyyatları zamanı təşkilat adına müxtəlif aksiyalarda iştirak edib.

Teqlər: