Türkiyənin Milli İstehbarat Təşkilatı İraqın şimalında yerləşən Sincar bölgəsində PKK terror qruplaşmasına qarşı yeni əməliyyat keçirib.
AzerTimes xəbər verir ki, bu barədə MİT məlumat verib.
Əməliyyat nəticəsində PKK-nın kəşfiyyat koordinatoru Fatma Onur məhv edilib.
Qeyd edək ki, F.Onur təşkilata 90-cı illərdə İngiltərədən qatılıb.