Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) İraqın şimalında Hakurkda 2 PKK-çını zərərsizləşdirib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, MİT “İsyan” kod adlı Xədicə Kaya və Suriya vətəndaşı “Diljin Azadi” kod adlı Heva Kıvelçekin təşkilatın yüksək rütbəli şəxslərinin göstərişlərini çatdırmaq üçün gecə saatlarında hərəkətə keçəcəkləri barədə məlumat əldə edib. Bundan sonra MİT hərəkətə keçərək sözügedən şəxsləri zərərsizləşdirib.