MİT-dən Suriyada əməliyyat: Dinç öldürüldü

MİT-dən Suriyada əməliyyat: Dinç öldürüldü

Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) Suriyanın Qamışlı bölgəsində növbəti əməliyyat keçirib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.

Əməliyyat nəticəsində PKK/YPG-nin liderlərindən olan “Dijvar Tekosin” ləqəbli Mətin Dinç zərərsizləşdirilib.

Dinçin silahlı terror təşkilatına üzv olmaq, onun təbliğatını aparmaq, silah vermək, qanuna zidd toplantı və nümayişlər təşkil etmək və onlara rəhbərlik etmək, eyni zamanda Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı aksiyalar təşkil etməkdə ittiham olunduğu bildirilib.

Teqlər: