Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) İraqda terrorçulara qarşı əməliyyatlarını davam etdirir.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, MİT-in Süleymaniyə şəhərində keçirdiyi əməliyyat çərçivəsində Türkiyəyə qarşı təxribat planları hazırlayan PKK/KCK-nın əsas üzvlərindən sayılan “Eriş Berxvedan” kod adlı Sadiq Şeyx Əhməd zərərsizləşdirilib.