Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) İraqın Süleymaniyyə şəhərində əməliyyat keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Əməliyyat çərçivəsində PKK-nın Süleymaniyyə üzrə “məsul” nümayəndəsi Hüsnü Kümek zərərsizləşdirilib.
Qeyd edək ki, H.Kümekin Süleymaniyyədə PKK-ya dəstək verən dairələr üçün təlim fəaliyyətləri təşkil etdiyi, əldə etdiyi kəşfiyyat məlumatlarını təşkilatın rəhbərliyinə çatdırdığı, bölgə xalqını da Türkiyəyə qarşı manipulyasiya etdiyi ortaya çıxıb.