MİT-dən əməliyyat: MOSSAD-a işləyən 7 nəfər saxlanıldı

MİT-dən əməliyyat: MOSSAD-a işləyən 7 nəfər saxlanıldı

Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) İstanbulda kritik əməliyyat keçirib.

AzerTimes xəbər verir ki, bu barədə “Haber Qlobal” nəşri məlumat yayıb.

Qeyd olunub ki, İsrailin MOSSAD təşkilatında işlədiyi müəyyən edilən 7 nəfər tutulub.

Məlumata görə, MİT MOSSAD agentlərinin Türkiyədə yaşayan əcnəbilər haqqında kəşfiyyat məlumatı əldə etmək üçün uzaqdan onlayn marşrutlaşdırma üsullarından istifadə etdiyini müəyyən edib. Bundan sonra əməliyyat üçün düyməyə basılıb.

Teqlər: