MİT-dən əməliyyat: FETÖ-çu saxlanıldı

MİT-dən əməliyyat: FETÖ-çu saxlanıldı

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) tərəfindən aparılan əməliyyat çərçivəsində fərari FETÖ-cu Uğur Dəmirok saxlanılıb.

AzerTimes xəbər verir ki, “Silahlı Terror Təşkilatının yaradılması və idarə olunması” ittihamı ilə axtarışda olan Dəmirok xarici ölkələrin birində ələ keçirilərək Türkiyəyə gətirilib.

Qeyd edək ki, FETÖ-nin polis idarələrində yaradılan gizli təşkilatlarında çalışan Dəmirok 2016-cı ildə baş verən çevrilişə cəhddən sonra xaricə qaçmışdı.

Teqlər: