Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) İraqın Süleymaniyə bölgəsində yeni əməliyyat keçirib.
AzerTimes xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində PKK/KCK terror qruplaşmasının “rəhbər”lərindən olan Gülistan Tekik öldürülüb.
Məlumata görə, adıçəkilən terrorçu PKK-nın təbliğat və dezinformasiya işləri ilə məşğul olurmuş.
Həmçinin, o, PKK-nın ideologiyasını yayırmış.