Türkiyə tərəfindən terror qruplaşması kimi tanınan Marksist-Leninist Kommunist Partiyasının (MLKP) Suriya üzrə təmsilçisi Osman Nuri Ocaqlı MİT-in keçirdiyi əməliyyat nəticəsində məhv edilib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Osman Nuri Ocaqlı MİT-in “qırmızı” kateqoriyada axtarışda olanların siyahısında yer alıb.