Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) Suriyanın Menbiç bölgəsində antiterror əməliyyatı keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Əməliyyat çərçivəsində PKK/KCK-PYD/YPG üzvü olan terrorçu Heysem Cuma məhv edilib.
Xatırladaq ki, adı çəkilən terrorçu 2020-ci ildə Afrində törədilən teraktın əsas təşkilatçılarından olub. Həmin terror hadisəsi zamanı 40 mülki şəxs həyatını itirmişdi.