Mişustindən Paşinyana: Bütün məhdudiyyətlər aradan qaldırıldı

Mişustindən Paşinyana: Bütün məhdudiyyətlər aradan qaldırıldı

Rusiya Ermənistan vətəndaşlarının quru sərhədindən ölkəyə girişinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb.

AzerTimes xəbər verir ki, bunu Rusiya Baş naziri Mixail Mişustin İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

“Hökumətin qərarına əsasən, Ermənistan vətəndaşlarının Rusiya ərazisinə quru yolu ilə daxil olmasına qoyulan bütün məhdudiyyətlər aradan qaldırılıb. Biz gözləyirik ki, turist axını yaxın gələcəkdə bərpa olunacaq və bu, Ermənistan və Rusiya üçün çox vacibdir”, – Mişustin deyib.

Teqlər: