Biz Azərbaycan Hökumətinin hörmətli başçısı Əli Hidayət oğlu Əsədovla daim təmasdayıq və müntəzəm görüşlər keçiririk. Elə bu yaxınlarda – dekabrda Moskvada Müstəqil Dövlətlər Birliyinin forumunda görüşmüşük, ondan əvvəl isə Soçidə görüş olub. Mənə elə gəlir ki, bu yaxınlarda Azərbaycana səfərim olub.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiyanın Baş naziri Mixail Mişustin bu gün Bakıda Prezident İlham Əliyevlə görüş zamanı deyib.
“Sizi əmin etmək istəyirəm ki, dövlətlərimizin rəhbərləri arasında qəbul olunan qərarların hamısı daimi nəzarətdədir, hökumətlərimiz tərəfindən icra olunur”, – o bildirib.