Mişustin müavinlərini topladı: Bakı ilə bağlı tapşırıq

Mişustin müavinlərini topladı: Bakı ilə bağlı tapşırıq

Rusiyanın Baş naziri Mixail Mişustin müavinlərinə Moskva və Bakı arasındakı danışıqlarda əldə olunmuş razılaşmaların icrasına nəzarət etməyi tapşırıb.

AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, baş nazir müavinləri ilə keçirdiyi iclasda 5-6 mart tarixlərində Azərbaycana səfərinin nəticələrini də müzakirə edib.

M.Mişustin Azərbaycan ərazisindən keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafına xüsusi diqqət yetirib.

“Həmkarlar, nəzarət etdiyiniz ərazilərdə azərbaycanlı həmkarlarımızla əldə olunmuş razılaşmaların necə icra olunduğunu diqqətlə izləyin”, – baş nazir iclasda qeyd edib.

Teqlər: