Mişustin Əsədovu təbrik etdi

Mişustin Əsədovu təbrik etdi

Rusiyanın Baş naziri Mixail Mişustin Əli Əsədovu Azərbaycanın Baş naziri postuna Milli Məclis tərəfindən təsdiq edilməsi münasibətilə təbrik edib.

Nazirlər Kabinetindən AzerTimes-a verilən məlumata görə, baş nazirlər arasında keçirilən telefon söhbəti zamanı iki ölkə arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq yüksək qiymətləndirilib.

Ə.Əsədov və M.Mişustin Azərbaycan və Rusiya arasında strateji əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə ümid etdiklərini bildiriblər.

Teqlər: