Bölgədəki bütün tərəflər Qəzza zolağında münaqişəni genişləndirməkdən çəkinməlidirlər, çünki bu, daha çox qeyri-sabitliyə gətirib çıxara və Yaxın Şərqdə təhlükəsizliyə xələl gətirə bilər.
AzerTimes xəbər verir ki, bunu Misirin xarici işlər naziri Bədr Abdel Ati bildirib.
“Dünya ictimaiyyəti indi həmişəkindən daha çox dərk edir ki, Qəzzada müharibə dayandırılmalı və girovların məhbuslarla dəyişdirilməsi ilə bağlı müqavilə bağlanmalıdır”, – Ati bildirib.