Misirli blogerin Qarabağdan reportajı – Video

Misirli blogerin Qarabağdan reportajı – Video

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏT Gənclər Təşkilati ARM) İdarə Heyəti Azərbaycanın Qarabağ bölgəsində, Şuşa-Xankəndi yolunda keçirilən ekoloji aksiyaya dəstək verən bəyanatla çıxış edib. Bəyanatda Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinin hələ də bu tipli monitorinqlərdən kənar və nəzarətsiz qalması təəssüflə bildirilir, eyni zamanda, keçiriləcək monitorinqlərin obyektivliyini təmin etmək məqsədilə Azərbaycan ekoloji könüllülərinə dəstək olaraq Avrasiya regionu gənc ekoloqlarından ibarət heyətin monitorinqlərə qatılmasına hazırlıq ifadə olunur.

AzerTimes xəbər verir ki, bu yaxınlarda Misirin tanınmış blogeri Əmr Al-Gizi öz instaqram səhifəsində Mərkəzin ekoaksiyasını dəstəkləyən, eləcə də Azərbaycan torpaqlarında təbii resursların qeyri-qanuni şəkildə çıxarılmasına son qoyulmasını tələb edən post paylaşıb.

Qeyd etmək lazımdır ki, Ə.Qizi bu yaxınlarda İƏT Gənclər Təşkilati ARM–nin həyata keçirdiyi “Show me Azerbaijan – Beynəlxalq Blogerlərin Şuşa Düşərgəsi” layihəsi çərçivəsində Qarabağa səfər edərək öz yutub kanalında ayrıca videoreportaj yerləşdirib. Reportajda Qarabağda baş verən dağıntılar öz əksini tapıb. Tanınmış bloger Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı göstərdiyi qəhrəmanlıqdan, eləcə də Qarabağ mədəniyyətindən bəhs edib.

Teqlər: