Misir Süveyş kanalından əldə olunan gəlirin 60%-ə qədər azalacağını gözləyir.
AzerTimes xəbər verir ki, bu sözləri Misirin maliyyə naziri Məhəmməd Maait deyib.
Maait Qırmızı dənizdəki gərginliyin, ticarət əlaqələrinin zəifləməsi və qlobal böhranların inflyasiyanı dərinləşdirməsinin qarşısının alınması üçün atılan addımların buna səbəb olduğunu bildirib. Baş verənlər Misirin vergi və qeyri-vergi gəlirlərinin miqdarına da mənfi təsir göstərib.
Qeyd edək ki, bundan əvvəl Misir hökuməti Süveyş kanalından əldə olunacaq gəlirin 40-50% azalacağı proqnozlaşdırıldı.