Misir Qəzzadan olan qaçqınlar üçün humanitar dəhlizlərin açılması ideyasını rədd edib.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl “Axios” portalı Amerika və İsrail mənbələrinə istinadən İsrail və Misirin qaçqınların Qəzza zolağından çıxması üçün dəhliz yaratmaq razılığına gəldiyini yazmışdı.