Qahirədə çoxmərtəbəli yaşayış binasının uçması nəticəsində 22 nəfər ölüb.
AzerTimes-ın məlumatına görə, bu barədə “Extra News” televiziya kanalı xəbər verib.
Üç nəfər itkin düşmüş sayılır, axtarışları davam edir. 25 nəfər xilas edilib.
Faciə gecə saatlarında Misir paytaxtının şərqindəki Qisr-əs-Sueys ərazisində baş verdi.
İlkin məlumata görə, ev sahibi qanunsuz olaraq altı mərtəbə artırıb.