Misirdə silahlı hücum törədilib, 11 hərbi qulluqçu ölüb

Sinay yarımadasında baş verən silahlı hücumda biri Misir zabiti
də daxil olmaqla 11 hərbi qulluqçu həlak olub.

AzerTimes-ın məlumatına görə, bu barədə Misir Silahlı Qüvvələrinin
mətbuat katibi polkovnik Qərib Abdel Hafez öz “Facebook”
səhifəsində bildirib.

“Bir qrup ekstremist Süveyş kanalının şərqindəki su stansiyasına
hücum edib. Orada mühafizəyə təyin olunmuş hərbçilər onlarla döyüşə
girərək hücumu dəf ediblər, nəticədə 1 zabit və 10 əsgər şəhid
olub. Daha beş nəfər yaralanıb”, – deyə qeyd olunub.

Bildirilib ki, Süveyş kanalı boyunca və ətraf ərazilərdə
təhlükəsizlik tədbirləri gücləndirilib.