Misirdə qatar qəzasında 100-ə yaxın sərnişin xəsarət alıb

Misirin paytaxtı Qahirənin şimalında Qalyubia əyalətində sərnişin qatarı relslərdən çıxıb.

Trend TASS-a istinadən xəbər verir ki, hadisə zamanı 97 nəfər yaralanıb. Ölən yoxdur.

İlkin məlumatıara görə Tux yaşayış məntəqəsində baş verən hadisədə naməlum səbəblərdən qatarın 8 vaqonu relslərdən çıxıb. Hadisə yerinə 50-dən çox təcili yardım cəlb olunub və xilasetmə əməliyyatını yerində nəzarət etmək üçün Səhiyyə Nazirliyinin rəhbəri Xala Zayed gəlib. Müstəntiqlər istintaqa başlayıblar.

Teqlər: