Misirin paytaxtı Qahirənin Kerdasa qəsəbəsində ibtidai məktəb binasında baş vermiş uçqun nəticəsində bir şagird həlak olub.
Axar.za xəbər verir ki, bu barədə ölkə prokurorluğunun məlumatında deyilir.
Hadisə zamanı həmçinin daha 15 şagirdin yaralandığı bildirilir.
Hadisə tənəffüs zamanı şagirdlər pilləkənlərlə sinif otağına gedərkən baş verib. Ehtimala görə, konstruksiya məktəblilərin ağırlığına dözməyib və pilləkənlərin beton dayağı dağılıb.
Baş prokuror araşdırma aparılması barədə göstəriş verib.