Misirdə koronavirusa qarşı kütləvi vaksinasiya başlayır

Bu gün Misirdə yeni növ koronavirusa (COVİD-19) qarşı kütləvi vaksinasiya başlayır.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu ölkənin prezidenti Əbdülfəttah əs-Sisi deyib.

Onun sözlərinə görə, ilk növbədə koronavirusa qarşı karantin və profil xəstəxanalarda çalışan 207 min həkim peyvənd olunacaq.


Prezident qeyd edib ki, əsas diqqət pandemiyanın ön cəbhəsində olan həkimlərə və səhiyyə işçilərinə yönləndiriləcək.

Qeyd edək ki, hazırkı dövrədək Misirdə koronavirusdan 200-dən artıq səhiyyə işçisi vəfat edib.