Misirdə iki partlayış oldu

Misirdə iki partlayış oldu

Misirin Tanta şəhərində kilsədə meydana gələn partlayışın ardından daha bir partlayış oldu.

Tantadaki Sent Corc kilsəsində baş verən partlayışda 21 nəfər ölüb, 40 nəfər yaralanıb.
Bu partlayışdan bir neçə dəqiqə sonra, Tanta şəhərində ikinci partlayış meydana gəldi. Bu dəfə hadisə polis binası yaxınlığında olub, nəticədə 4 nəfər ölüb.

Hələ ki məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. Ölkədə 3 gün matəm elan olunub.