Misirdə dünyanın ən böyük açıq səma altında muzeyi açılıb

Misirin Luksor şəhərində “Fironların yolu” adlanan qədim Sfinks xiyabanının bərpası başa çatdıqdan sonra açılış mərasimi keçirilib.

AzerTimes-ın məlumatına görə, bu barədə Ahram qəzeti xəbər verib.

Məlumata əsasən, tədbirdə ölkə prezidenti Əbdülfəttah əs-Sisi iştirak edib.


Turizm naziri Xalid Əl-Ənani Luksorun dünyanın ən böyük açıq səma altında muzeyin olduğunu bildirib. Bərpa işlərindən sonra sfinkslər xiyabanı qədim misirlilərin zamanında sonuncu dəfə olduğu kimi ilk dəfə Luksor və Karnak məbədlərini birləşdirdi.

Arxeoloqlar qazıntılar zamanı qoç başlı 250 sfinks və insan başlı 807 sfinks tapıblar. Əl-Ənani əlavə edib ki, qədim zamanlarda xiyabanda üç dəfə çox heykəl var idi.