Misirin mərkəzi hissəsində yerləşən Asyut əyalətində üçmərtəbəli yaşayış binası çöküb.
AzerTimes xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində azı 5 nəfər həlak olub.
Binanın daha 6 sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Əraziyə 10 təcili tibbi yardım briqadası və 5 xilasetmə qrupu cəlb olunub.
Hadisənin səbəbi barədə hələlik məlumat verilməyib.