Misirdə avtobuslar toqquşub, 20-yə yaxın ölü var

Xəbər - Orxan Nəbiyev – Trend:

Misirdə Sinay yarımadasının cənubunda avtobusla mikroavtobusun toqquşması nəticəsində azı 17 nəfər həlak olub.

Trend-in məlumatına görə, daha 17 nəfər ağır xəsarətlər alıb.

Hadisə yerinə 10-dan çox təcili yardım maşını cəlb olunub. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.


Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.