Misir XİN rəhbəri Türkiyə və Suriyaya səfər edəcək

Misir XİN rəhbəri Türkiyə və Suriyaya səfər edəcək

Misirin xarici işlər naziri Sameh Şükri fevralın 27-də Suriya və Türkiyəyə rəsmi səfərə gedəcək.

AzerTimes xəbər verir ki, bu barədə Misir XİN məlumat yayıb.

Bildirilir ki, nazir hər iki ölkədəki görüşlərdə Misirin iki ölkənin təbii fəlakətdən zərər çəkmiş bölgələrində zərərçəkənlərə yardım və dəstək olmağa hazır olduğunu təsdiq edəcəyi gözlənilir.

Qeyd edək ki, Misir XİN başçısının bu ölkələrə səfəri son on ildə ilk olacaq.

Teqlər: