Misir Qəzza zolağından “Rəfah” keçid məntəqəsi vasitəsilə xarici vətəndaşların təxliyyəsini dayandırıb.
AzerTimes xəbər verir ki, bu barədə Misirin “Əl Qahirə Əl İhbariyə” telekanalı məlumat yayıb.
Məlumata görə, buna səbəb İsrailin yaralı fələstinliləri Qəzzadan çıxarmaqdan imtina etməsi səbəb olub.
Qeyd olunub ki, qərar İsrailin təcili yardım maşınlarını atəşə tutmasından sonra verilib və təxliyə əməliyyatları noyabrın 4-dən dayandırılıb.
Fələstin Səhiyyə Nazirliyi telekanala açıqlamasında bildirib ki, artıq üçüncü gündür ki, güclü bombardmanlar nəticəsində yaralıları Misir xəstəxanalarına göndərə bilmirlər.