Misir Qəzza zolağına 65 ton tibbi avadanlıq və dərman göndərəcək

Misir səlahiyyətliləri İsrailin atəşə tutulması nəticəsində zərərçəkənlərə kömək məqsədilə Qəzza bölgəsinə 65 ton müxtəlif dərman və avadanlıq göndərir.

AzerTimes-ın TASS-a istinadən xəbər verdiyi kimi, bu barədə Ərəb Respublikası Səhiyyə Nazirliyinin “Twitter” səhifəsində yayımlanan mesajında ​​deyilir.

Mesajda deyilir: “Prezident Əbdülfəttah əs-Sisinin təlimatına uyğun olaraq, Misir Səhiyyə Nazirliyi Qəzza zolağındakı fələstinlilərin müalicəsinə kömək məqsədilə 65 ton dərman və tibbi avadanlıq göndərir”.


Misir səlahiyyətlilərinin bu günə qədər Şimali Sina, İsmailiyyə və Qahirə əyalətlərində sahilyanı anklavdan zərərçəkənləri qəbul etmək üçün 11 xəstəxana hazırladığını da qeyd edilir. Bu məqsədlər üçün Ərəb Respublikasında müxtəlif profilli 37 həkim qrupu yaradılıb.