Misir koronavirusla bağlı məhdudlaşdırıcı tədbirləri mayın sonuna qədər uzadıb

Misir hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə məhdudlaşdırıcı tədbirlərin mayın sonuna qədər uzadılmasına qərar verib.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin dövlət televiziyası bildirib.

Məlumata əsasən, ölkədəki mağazalar, kafe, restoran, teatr və digər mədəniyyət və əyləncə müəssisələri saat 21:00-a qədər bağlanmalıdır.


May ayının sonuna qədər kütləvi hər hansı bir görüş, konfrans, şənlik, mədəni tədbir keçirmək qadağandır. Toy və ad günlərinin yalnız açıq havada keçirilməsinə icazə verilir.