Misir İsraili Qəzza zolağına raket hücumlarının şiddətini artırmamağa və tibb müəssisələrini vurmaqdan çəkinməyə çağırıb.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Əl Arabiya telekanalı məlumat verib.
Məlumatda deyilir: “Qahirə İsrail rəsmiləri ilə əlaqə saxlayıb və əməliyyatın tempini artırmamalarını, habelə tibb müəssisələrini vurmaqdan çəkinmələrini istəyib”.
Qeyd edilir ki, Misir tərəflərin atəşkəs əldə etməsi üçün aktiv vasitəçilik səyləri göstərir.
Mayın 17-də Qəzza zolağının Səhiyyə Nazirliyi İsrailin atəşə tutması nəticəsində anklavdakı yeganə laboratoriyanın işləməməsi səbəbindən əhalinin koronavirus testindən keçirilməsini dayandırıldığını elan edib.