Misir İsraili hədələdi: Sülh sazişi ləğv ediləcək…

Misir İsraili hədələdi: Sülh sazişi ləğv ediləcək…

Misir fələstinlilərin Sinay yarımadasına köçəcəyi təqdirdə İsraillə əlaqələri kəsməklə hədələyib.

AzerTimes xəbər verir ki, bu barədə “İsrail Hayom” nəşri məlumat dərc edib.

Nəşr iddia edir ki, Misir bu yaxınlarda İsrailə fələstinli qaçqınların Qəzza zolağından Sinay yarımadasına köçürülməsinin iki ölkə arasında sülh razılaşmasını təhlükə altına salacağına dair “güclü siqnallar” göndərib.

Bildirilir ki, mesajlar Misir və İsrailin yüksək rütbəli rəsmiləri arasında silsilə təmaslar zamanı ötürülüb və onların məzmunu İsrailin bütün siyasi təhlükəsizlik elitasına çatdırılıb.

Nəşr qeyd edir ki, bir fələstinli qaçqın gəlsə, sülh müqaviləsi ləğv ediləcək.

Qeyd edək ki, ölkələr arasında sülh sazişi 1979-cu ildə Vaşinqtonda Misir Prezidenti Ənvər Sədat və İsrailin Baş naziri Menahem Beqin tərəfindən imzalanıb. Razılaşmaya əsasən, Sinay yarımadası Misirin nəzarətinə keçib və ölkələr arasında sərhəd müəyyən edilib.

Teqlər: