Misir Beynəlxalq Valyuta Fondundan (BVF) yeni kredit almaq
niyyətindədir.
Trend xəbər verir ki, bunu ölkənin baş naziri Mustafa Madbuli
Qahirədə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, BVF ilə razılığın bir neçə ay ərzində əldə
edilməsi planlaşdırılır.
“Bir neçə aydan sonra proqram həyata keçiriləcək”, – deyə baş
nazir əlavə edib.