Bazar ertəsi Misirdən Qəzza bölgəsinin sakinləri üçün humanitar yardım daşıyacaq 40 yük maşınından ibarət karvanın göndərilməsi planlaşdırılır.
AzerTimes xəbər verir ki, bu barədə Misir mediası məlumat yayıb.
Bildirilib ki, bazar ertəsi Misirin Qəzza bölgəsi ilə sərhəddə yerləşən “Rəfah” keçid məntəqəsi humanitar yüklərin çatdırılması üçün yenidən açılacaq.
Qeyd edək ki, İsrail ordusu səhvən sərhəddə Misir sərhədi yaxınlığında atəş açıb və nəticədə avtomobillərin keçidi dayandırılıb.