Misir aviaşirkəti bu gündən Azərbaycana uçuşları bərpa edir

Misirin “Air Cairo” aviaşirkəti martın 18-dən etibarən
Azərbaycan uçuşları bərpa edir.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından
bildiriblər.

Məlumata əsasən, uçuşlar Şarm-əş-Şeyx-Bakı-Şarm-əş-Şeyx marşrutu
ilə həyata keçiriləcək.

Qeyd olunur ki, uçuşlar həftədə bir dəfə, cümə günləri baş
tutacaq.

Şarm-əş-Şeyxdən təyyarə saat 16:00-da yola düşəcək və 22:00-da
Bakıya çatacaq. Əks istiqamətdə saat 23:00-da Bakıdan yola düşən
təyyarə 01:00-da Şarm-əş-Şeyxə çatacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: