Qarşılıqlı anlaşmanı qorumaq və sülh prosesində irəliləyiş əldə etmək üçün sadəcə olaraq azaraq qarşı tərəfə keçən hərbi qulluqçuların tezliklə azadlığa buraxılması davam etdirilməlidir.
AzerTimes xəbər verir ki, bunu Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib.
“Humanitar məsələlərə gəlincə, qarşıdakı həftələrdə daha çox məhbusun azad ediləcəyi anlaşılırdı. Mən sadəcə olaraq azmış və qarşı tərəfə keçən hərbçilərin tez bir zamanda azadlığa buraxılmasının davam edəcəyi ilə bağlı qarşılıqlı anlaşmanın saxlanmasının vacibliyini vurğuladım”, – Şarl Mişel bildirib.
AB Şurasının rəhbəri təfərrüatları açıqlamasa da, aydındır ki, söhbət bir müddət əvvəl Ermənistanda zorakılığa və kobud rəftara məruz qalan, birinə 11 il yarım həbs cəzası kəsilmiş itkin azərbaycanlı hərbçilərdən gedir.
Ş.Mişelin sözlərinə görə, görüşdə itkin düşənlərin taleyinin həlli və minalardan təmizləmə işlərinin gücləndirilməsinin zəruriliyi də müzakirə olunub.