Mişeldən erməni əhalinin Qarabağdan getməsinə reaksiya

Mişeldən erməni əhalinin Qarabağdan getməsinə reaksiya

Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel erməni əhalinin Qarabağı tərk etməsini etnik təmizləmə cəhdi kimi qələmə verməkdən çəkinib.

AzerTimes xəbər verir ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasından danışan AB lideri deyib ki, sülh hər iki tərəfin öhdəliklərini müəyyən edə biləcək danışıqlar tələb edəcək.

O bildirib ki, erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin qorunmasında Azərbaycan tərəfi böyük məsuliyyət daşıyır.

Şarl Mişel qeyd edib ki, Qarabağı tərk edən erməni sakinlərin böyük bir hissəsi hazırda Ermənistandadır və buna görə də AB bu ölkəyə humanitar yardım çatdırmalıdır.

Teqlər: